• Bakı 7° C

    2.85 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Lukaşenko Zelenski ilə danışıqlar aparmaq istəyir

DÜNYA

26 Sentyabr 2025 | 21:22 | Müəllif: Subhan Mahmudov

Lukaşenko Zelenski ilə danışıqlar aparmaq istəyir

Belarus Prezidenti Aleksandr Lukaşenko Ukrayna lideri Volodimir Zelenski ilə danışıqlar aparmaq istədiyini bildirib.

Bakıvaxtı.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Lukaşenko "Rossiya 1" telekanalına müsahibəsində deyib.

"Mən onunla sadəcə danışmaq istərdim. Ona deyəcəklərim var. Düşünürəm ki, məsləhətləşmələrə başlamağın vaxtı çatıb. Rusiya ordusu bütün cəbhələrdə böyük məskunlaşma məntəqələrini nəzarətə götürüb, onların qarşısını almaq çətin olacaq", - Lukaşenko söyləyib.

O hesab edir ki, Zelenski dayanmasa, bütün Ukraynanı itirəcək.

"Ukrayna münaqişəsi ilə bağlı yaxşı təkliflər var, ABŞ Prezidenti Donald Tramp da buna şahiddir", - Lukaşenko bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026