• Bakı 20° C

    15.33 m/s

  • USD - 1.7

    EUR - 1.9979

    RUB - 2.0341

Çerniqovda pilotsuz təyyarə hücumu: 20 yaşlı gənc yaralandı

DÜNYA

26 Sentyabr 2025 | 12:56

Çerniqovda pilotsuz təyyarə hücumu: 20 yaşlı gənc yaralandı

Ukraynanın Çerniqov vilayətinin Korukivka rayonunda Rusiyaya məxsus pilotsuz təyyarənin hücumu nəticəsində 20 yaşlı mülki şəxs qəlpə yarası alaraq xəstəxanaya yerləşdirilib.

Bakıvaxtı.az xəbər verir ki, Vilayət Hərbi Administrasiyasının rəhbəri Vyaçeslav Çausun məlumatına görə, sentyabrın 25-də Rusiya qüvvələri Nijin, Çerniqov və ətraf rayonlarda kritik infrastruktur obyektlərini də hədəfə alıb.

Hücumlar nəticəsində bölgədə bir sıra sakinlər işıqsız qalıb və elektrik xətləri ilə qaz kəməri zədələnib.

Qeyd edək ki, son sutka ərzində Çerniqov vilayətində 19 yaşayış məntəqəsi atəşə tutulub, 100-dən çox partlayış qeydə alınıb.

Əli Hüseynov


SON XƏBƏRLƏR

25 Sentyabr 2025