• Bakı 31° C

    5.84 m/s

  • USD - 1.7

    EUR - 1.9969

    RUB - 2.1375

Rusiya Ukrayna ilə 20 keçid məntəqəsini bağlayır

DÜNYA

28 Iyul 2025 | 22:46

Rusiya Ukrayna ilə 20 keçid məntəqəsini bağlayır

Rusiya hökuməti avqustun 1-dən Ukrayna ilə müqavilə əsasında əvvəllər fəaliyyət göstərən 20 nəzarət-buraxılış məntəqəsini rəsmən bağlamaq qərarına gəlib. 

Bakıvaxtı.az xəbər verir ki, müvafiq sənədi Rusiyanın baş naziri Mixail Mişustin imzalayıb və hüquqi aktlar portalında dərc olunub.

Sənəddə deyilir: “Avqustun 1-dən Rusiya Federasiyası ilə Ukrayna arasında dövlət sərhədindən buraxılış məntəqələri haqqında Rusiya hökuməti ilə Ukrayna hökuməti arasında 1995-ci il 8 fevral tarixli sazişə uyğun olaraq Rusiya Federasiyasının dövlət sərhədindən keçən buraxılış məntəqələri bağlansın”.

Siyahıya 7 dəmir yolu və 13 avtomobil keçid məntəqəsi daxildir.


SON XƏBƏRLƏR

28 Iyul 2025