Yəmənin "Ənsar Allah" üsyançı hərəkatının husiləri Təl-Əvivin "Ben Qurion hava limanına “hipersəs ballistik raket”lə hücum ediblər.
Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə üsyançıların yaratdığı silahlı qüvvələrin nümayəndəsi Yəhya Sariya deyib.
"Yəmən Silahlı Qüvvələrinin raket qüvvələri "Fələstin-2" hipersəs ballistik raketi ilə Ben Qurion hava limanına hücum edərək hərbi əməliyyat keçiriblər", - deyə o bildirib.