Yaponiya Özünümüdafiə Qüvvələri və ABŞ Silahlı Qüvvələri sentyabrın sentyabrın 11-dən 25-dək "Typhon" orta mənzilli raket komplekslərinin yerləşdirilməsi üzrə təlimlər keçirəcək.
Bakıvaxtı.az xəbər verir ki, sistemlər Yaponiyanın Yamaquçi prefekturasındakı ABŞ Dəniz Piyadaları Korpusunun İvakuni bazasında quraşdırılacaq.
Yaponiyanın Yamaquçi prefekturasındakı təlimləri başa çatdıqdan sonra qüvvələr İvakunidən geri çəkiləcəklər.
Qeyd edək ki, "Typhon" sistemləri ilk dəfə olaraq Yapon torpağında yerləşdiriləcək.