• Bakı 21° C

    6.22 m/s

  • USD - 1.7

    EUR - 1.9312

    RUB - 2.0118

Avropa İttifaqı Moldovaya 1,9 milyard avro ayıracaq

DÜNYA

27 Avqust 2025 | 22:21 | Müəllif: Gülşən Şərif

Avropa İttifaqı Moldovaya 1,9 milyard avro ayıracaq

Avropa İttifaqı (Aİ) Moldovaya qarşıdakı iki il ərzində 1,9 milyard avro ayıracaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron məlumat verib.

Onun sözlərinə görə, Moldovaya maliyyə dəstəyi Avropayönümlü islahatların aparılması üçün veriləcək.

Qeyd edək ki, avqustun 27-də Fransa Prezidenti Emmanuel Makron, Almaniya Kansleri Fridrix Merts və Polşanın Baş naziri Donald Tusk Moldovanın Müstəqillik Günü ilə əlaqədar Kişinyova gəliblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Sentyabr 2026