• Bakı 27° C

    2.12 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1739

Rusiya Lvova hücum edib

DÜNYA

29 Iyun 2025 | 09:12

Rusiya Lvova hücum edib

Bu gecə Rusiya ordusu Ukraynaya qarşı kütləvi hücum həyata keçirib. Uzun fasilədən sonra ilk dəfə Lvov vilayəti zərbə alıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Lvov vilayət hərbi administrasiyasının rəhbəri Maksim Kozitski məlumat verib.

Məlumata görə, Lvov vilayəti Rusiyaya məxsus pilotsuz uçuş aparatları və qanadlı raketlərlə hücuma məruz qalıb.

Kozitskinin sözlərinə görə, hücumun məqsədi Lvov vilayətinin kritik infrastruktur obyektləri olub. İlkin məlumatlara əsasən, xəsarət alan və həlak olan olmayıb. Hadisə yerində aidiyyəti xidmətlər çalışır.


SON XƏBƏRLƏR

28 Iyun 2025