• Bakı 12° C

    4.56 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Qəzza sakinlərinə kömək üçün “hava körpüsü” yaradılır

DÜNYA

28 Iyul 2025 | 22:56 | Müəllif: Subhan Mahmudov

Qəzza sakinlərinə kömək üçün “hava körpüsü” yaradılır

Almaniya İordaniya ilə birlikdə Qəzza zolağına humanitar yardım çatdırmaq üçün “hava körpüsü” yaradacaq.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə Almaniya Kansleri Fridrix Merts nazirliklərin və təhlükəsizlik qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən Təhlükəsizlik Şurasının iclasının yekununda bildirib.

Kanslerin sözlərinə görə, müdafiə naziri Boris Pistorius artıq qida və dərmanların hava ilə çatdırılmasında iştirak etməyə hazır olduqlarını bildirən Fransa və Böyük Britaniya ilə hərəkətləri koordinasiya edəcək.

“Qəzzada dinc əhalinin əzablarına ən qısa zamanda son qoymaq istəyirik”, - Merts vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026