• Bakı 11° C

    7.79 m/s

  • USD - 1.7

    EUR - 1.9735

    RUB - 2.1877

UEFA Millətlər Liqası: Azərbaycan millisi sonuncu matçına çıxacaq

İDMAN

30 May 2025 | 09:15

UEFA Millətlər Liqası: Azərbaycan millisi sonuncu matçına çıxacaq

Azərbaycanın qadınlardan ibarət futbol millisi bu gün UEFA Millətlər Liqasında sonuncu matçına çıxacaq.

Bakıvaxtı.az xəbər verir ki, C Liqasının IV qrupunda yer alan Siyasət Əsgərovun baş məşqçisi olduğu komanda Litva yığmasını qəbul edəcək.

Bayıl stadionunda təşkil olunacaq qarşılaşmanı İsraildən olan hakimlər briqadası idarə edəcək.

Matç saat 18:00-da başlayacaq.

Qeyd edək ki, Monteneqro və Litva ilə eyni qrupda yer alan Azərbaycan millisi 5 xalla ikinci pillədə qərarlaşıb. Eyni xala malik Monteneqro qrup lideridirsə, sonuncu yerdə olan Litvanın xalı yoxdur.


SON XƏBƏRLƏR

02 Dekabr 2025