• Bakı 24° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.9286

    RUB - 2.2033

"Haribo"da narkotik maddə aşkarlandı - YENİLƏNİB

DÜNYA

30 May 2025 | 13:03

Hariboda narkotik maddə aşkarlandı - YENİLƏNİB

Niderlandda məşhur “Haribo” marmeladlarında narkotik maddə – çətənə aşkar edilib.

Məsələ ilə bağlı Bakıvaxtı.az-a Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib:

"Bəzi xəbər saytlarında Niderlandda "Haribo" marmeladlarında uyğunsuzluq aşkarlanması ilə bağlı məlumat paylaşılıb. Bu səbəbdən həmin məhsul partiyasının Niderlandda satışının qadağan edilməsi və geri çağrılması ilə bağlı yayılmış məlumatlar əsasında müvafiq araşdırmalar aparılıb. Bildirilir ki, uyğunsuzluq aşkarlanan həmin məhsul partiyaları ölkəmizə idxal olunmayıb və bununla bağlı heç bir narahatlığa əsas yoxdur".

***

09:40

Almaniya mənşəli məşhur şirniyyat istehsalçısı Haribonun Hollandiyada satışda olan bəzi məhsullarında narkotik maddə izlərinə rast gəlinib.

Bakıvaxtı.az bu barədə xarici mediaya istinadla xəbər verir.

Hollandiya Qida və İstehlak Malları Təhlükəsizliyi Agentliyi (NVWA) bildirir ki, 1 kiloqramlıq Haribo Happy Cola F!ZZ şirniyyatını istehlak etdikdən sonra bir ailənin bir neçə üzvü özünü pis hiss edib. Onlar arasında başgicəllənmə kimi şikayətlər müşahidə olunub.

Mütəxəssislər tərəfindən aparılan analiz nəticəsində məhsullardan götürülən nümunələrdə marixuana izləri təsdiqlənib. NVWA-nın sözçüsü bildirib ki, indiyədək üç müxtəlif paketdə narkotik maddə aşkar edilib. Buna baxmayaraq, Haribo Hollandiyada dövriyyədə olan bütün məhsullarını geri çağırmaq qərarı verib.

Geri çağırılan məhsulların son istifadə tarixi 2026-cı ilin yanvar ayına aiddir. Hadisədən ümumilikdə neçə nəfərin təsirləndiyi hələlik məlum deyil.

Hollandiya mediasının məlumatına görə, polis narkotik maddənin məhsullara hansı şəkildə qarışdığını araşdırır. NVWA vətəndaşlara xəbərdarlıq edərək bildirib: “Bu məhsullar başgicəllənmə kimi sağlamlıq problemlərinə səbəb ola bilər. Şəkərləri istehlak etməyin”.

Nuriyyə Musayeva


SON XƏBƏRLƏR

30 May 2025