• Bakı 18° C

    8.09 m/s

  • USD - 1.7

    EUR - 1.9841

    RUB - 2.0928

Azərbaycanda nikahların sayı azaldı, boşanmalar sabit qaldı

CƏMİYYƏT

30 May 2025 | 12:28

Azərbaycanda nikahların sayı azaldı, boşanmalar sabit qaldı

"2023-cü illə müqayisədə nikahların sayı azalmış, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə qalmışdır".

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən plenar iclasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova məlumat verib. O, gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2024-cü ildəki fəaliyyəti barədə hesabat təqdim edib.

Komitə sədri qeyd edib ki, 2023-cü illə müqayisədə ölkədə nikahların sayında azalma müşahidə olunub, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə qalıb.

2024-cü ildə nikaha daxilolma hallarının sayı 49 508, boşanma hallarının sayı isə 21 384 təşkil edib.

Mina Mikayılova


SON XƏBƏRLƏR

19 Oktyabr 2025