• Bakı 23° C

    3.23 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1739

Heydər Əliyev adına Hərbi İnstitutda buraxılış mərasimi keçirilib

CƏMİYYƏT

28 Iyun 2025 | 14:26

Heydər Əliyev adına Hərbi İnstitutda buraxılış mərasimi keçirilib

Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutda buraxılış mərasimi keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, hərbi institutda keçirilən mərasimdə müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti, müəllimlər, məzunlar, valideynlər, eləcə də ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin hərbi institutun ərazisində ucaldılan abidəsi, eləcə də institutun Vətən müharibəsində şəhid olan hərbi qulluqçularının Xatirə kompleksi ziyarət olunub, qarşısına qızılgüllər düzülərək xatirələri hörmətlə yad edilib.

Hərbi orkestrin müşayiəti ilə Azərbaycanın Dövlət Himni səsləndirilib. Heydər Əliyev adına Hərbi İnstitutun Döyüş bayrağı təntənəli surətdə sıra meydanına gətirilib.

General-polkovnik Zakir Həsənov çıxış edərək mərasim iştirakçılarını təbrik edib, onlara Azərbaycan xalqına, dövlətinə, qalib Azərbaycan Ordusuna və Ali Baş Komandana layiqli zabit olmağı arzulayıb.

Gənc zabitlər də öz növbəsində onlara göstərilən etimadı doğruldacaqlarına, Vətənə, dövlətə və xalqa layiqincə xidmət edəcəklərinə, hərbçi şərəfini hər zaman uca tutacaqlarına söz veriblər.

General-polkovnik Zakir Həsənov hərbi təhsil müəssisəsini fərqlənmə ilə bitirən məzunlara diplom və qiymətli hədiyyələr təqdim edib. Sonra Heydər Əliyev adına Hərbi İnstitutun Döyüş bayrağının təhvili və qəbulu mərasimi keçirilib. Yaş kötüyünə simvollar vurulub. Heydər Əliyev adına Hərbi Institutun məzunlarına diplomlar təqdim olunub.

Kursantlar hərbi orkestrin müşayiəti ilə hərbi institutun marşını ifa ediblər.

Təntənəli mərasimin sonunda şəxsi heyətin tribuna önündən təntənəli keçidi olub.


SON XƏBƏRLƏR

27 Iyun 2025