• Bakı 12° C

    6.45 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

Bakıya 200 yeni avtobus gətiriləcək

CƏMİYYƏT

28 Iyul 2025 | 18:35 | Müəllif: Subhan Mahmudov

Bakıya 200 yeni avtobus gətiriləcək

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması istiqamətində işlər davam etdirilir. Hazırda paytaxtda müntəzəm marşrut xətlərində 2200-dən çox avtobus istifadə olunur.

AYNA-dan Bakıvaxtı.az-a verilən məlumata görə, cari ilin avqust-sentyabr ayları ərzində Bakı şəhərində daşıyıcılar tərəfindən daha 200 yeni və ekoloji təmiz avtobus sərnişinlərin istifadəsinə veriləcək.

“Bu, ümumilikdə ictimai nəqliyyatda əlçatanlığın və xidmət keyfiyyətinin daha da artmasını təmin edəcək”, - deyə AYNA-nın yaydığı məlumatda bildirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Noyabr 2026