• Bakı 24° C

    11.37 m/s

  • USD - 1.7

    EUR - 1.9744

    RUB - 2.1116

Uğur Estetik Mərkəzində lisenziyasız fəaliyyət aşkarlanıb

CƏMİYYƏT

27 Avqust 2025 | 15:41

Uğur Estetik Mərkəzində lisenziyasız fəaliyyət aşkarlanıb

 “UĞUR Estetik Mərkəzi 777” adlı müəssisədə baş verən və mətbuatda yayılan görüntülər ictimaiyyətdə ciddi narahatlıq doğurub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin canlı yayımında Analitik Ekspertiza Mərkəzinin Hüquq şöbəsinin müdiri Tamam Həsənova məlumat verib.

Onun sözlərinə görə, sözügedən tibb müəssisəsi barədə daxil olan məlumat əsasında dərhal plandankənar yoxlama aparılıb.

“Yoxlama zamanı məlum oldu ki, həmin mərkəzin fəaliyyət göstərmək üçün lisenziyası yoxdur, orada çalışan həkim reyestrdə qeydiyyata alınmayıb. Eyni zamanda, müəssisədə gigiyena qaydalarının pozulması faktları aşkar edilib”, – deyə T.Həsənova bildirib.

O əlavə edib ki, müəssisə lisenziya olmadan fəaliyyətini davam etdirdiyindən, Səhiyyə Nazirliyi tərəfindən hüquq-mühafizə orqanları qarşısında vəsatət qaldırılaraq Xəyalə Aydın qızı İsmayılovaya məxsus “UĞUR Estetik Mərkəzi 777” müəssisəsinin qanunsuz fəaliyyətinin araşdırılması ilə bağlı müraciət edilib.

Mina Mikayılova


SON XƏBƏRLƏR