• Bakı 25° C

    8.03 m/s

  • USD - 1.7

    EUR - 1.9969

    RUB - 2.1375

Daha bir rayonda ehsan sadələşdirildi

CƏMİYYƏT

28 Iyul 2025 | 17:50

Daha bir rayonda ehsan sadələşdirildi

Şəmkir rayonunda yas mərasimlərində ehsan kimi isti yeməklərin verilməsi yığışdırılıb. 

Bakıvaxtı.az “qafqazinfo.az”a istinadən xəbər verir ki, bir neçə il öncə Şəmkir bələdiyyəsinin sədri Vüqar Həsənov tərəfindən yas mərasimlərinin sadələşdirilməsi ilə bağlı məsələ qaldırılıb. 

Buna səbəb həmin dövrdə beş yas mərasimindən vətəndaşların marketlərə 35 min manatdan çox borcunun yığılmasıdır.

Məbləğin bu qədər yüksəlməsi isə həmin mərasimlərdə 3 cür isti yemək və şirniyyatların verilməsi olub. 

Bununla bağlı V. Həsənov və bələdiyyə kollektivi şəhər ağsaqqalları, mollar və rayon ictimaiyyəti ilə görüşlər keçirib, əhali arasında təbliğatlar aparıb və uzun illər davam edən adət-ənənəni sadələşdirməyə nail olublar. 

Qeyd olunur ki, artıq Şəmkirdə yas mərasimlərində isti yemək və ya şirniyyat verilmir, nəticədə vətəndaşlar yaxınlarının yas mərasimlərinə görə borclu qalmırlar. 


Xatırladaq ki, bundan əvvəl Azərbaycanda bəzi rayon və kəndlərdə yas mərasimlərində ehsan verilməsi dayandırılıb. Sabirabad, Saatlı, Samux, Biləsuvar, Quba, Kürdəmir, Şamaxı, Balakən rayonları və Naxçıvanın Mahmudkənd kəndində yas mərasimlərində ehsan verilməsi dayandırıldığı deyilir.


SON XƏBƏRLƏR

28 Iyul 2025