• Bakı 24° C

    11.37 m/s

  • USD - 1.7

    EUR - 1.9744

    RUB - 2.1116

Lisenziyasız fəaliyyət aşkarlanarsa, müəssisəyə qarşı məhkəmə prosesi başlanır

CƏMİYYƏT

27 Avqust 2025 | 15:05

Lisenziyasız fəaliyyət aşkarlanarsa, müəssisəyə qarşı məhkəmə prosesi başlanır

Əsas 3 mənbədən – vətəndaş şikayəti, dövlət qurumları və media vasitəsilə əldə edilən məlumatlar əsasında aparılan yoxlama plandankənar yoxlama hesab olunur.

Bakıvaxtı.az xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Hüquq şöbəsinin müdiri Tamam Həsənova bildirib. Onun sözlərinə görə, müəssisə yoxlamadan ən azı 1 gün əvvəl xəbərdar edilir.

Həm planlı, həm də plandankənar yoxlamalar zamanı yoxlama sualları əvvəlcədən müəyyən olunur. Əgər lisenziyadan kənar fəaliyyət göstərildiyi və ya işçilərin sertifikatsız çalışdığı aşkarlanarsa, Analitik Ekspertiza Mərkəzi tərəfindən protokol tərtib edilir.

“Protokol qəbul edildikdən sonra məhkəmə orqanlarına göndərilir və məhkəmə prosesi keçirilir. Nəticədə ya müəssisəyə cərimə tətbiq olunur, ya da onun fəaliyyəti ləğv edilir”, – deyə Tamam Həsənova qeyd edib.

Mina Mikayılova


SON XƏBƏRLƏR