İndoneziyanın Qərbi Yava adasındakı daş karxanasında baş verən uçqun nəticəsində 5 nəfər ölüb, onlarla insan yaralanıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə yerli “Kompas TV” məlumat yayıb.
Bildirilib ki, hadisə zamanı işçilərdən bəziləri dağıntılar altında qalıb.
Hazırda ərazidə axtarış-xilasetmə işləri davam etdirilir.