• Bakı 22° C

    6 m/s

  • USD - 1.7

    EUR - 1.9286

    RUB - 2.2033

Xəzər dənizində təhlükəli tendensiya – Millət vəkili həyəcan təbili çalır

CƏMİYYƏT

30 May 2025 | 11:37

Xəzər dənizində təhlükəli tendensiya – Millət vəkili həyəcan təbili çalır

"Xəzər dənizinin suyunun çəkilməsi çox ciddi problemdir".

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Fazil Mustafa deyib.

Deputatın sözlərinə görə, süni torpaq sahələrinin yaranması və onlardan səmərəli istifadə edilməsinin müəyyən müsbət tərəfləri olsa da, ümumilikdə suyun çəkilməsi ciddi bir faciədir.

“Urmiya gölü və Aral dənizi faciələrini xatırlayaq. Eyni təhlükə Xəzər dənizi üçün də mövcuddur. Hesab edirəm ki, bu məsələni region dövlətləri ilə birgə müzakirə edib, həll yolları tapmalıyıq. Bu proses balıqçılığa da ciddi zərər vurur”, – deyə Fazil Mustafa vurğulayıb.

Mina Mikayılova


SON XƏBƏRLƏR

30 May 2025