• Bakı 21° C

    6.15 m/s

  • USD - 1.7

    EUR - 1.9286

    RUB - 2.2033

Naxçıvan televiziyası peyk yayımına başladı - FOTO

MEDİA

30 May 2025 | 10:42

Naxçıvan televiziyası peyk yayımına başladı - FOTO

Naxçıvanda keçirilən "Qlobal İnformasiya Mühiti və Media Trendləri” – “MEDİAFEST-2025” konfransı çərçivəsində Naxçıvan televiziyası "Azerspace-1" peykində (11135 Horizontal 30000) yayıma başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, tədbirdə ölkənin tanınmış media nümayəndələri, rəsmi qonaqlar- Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Azərbaycan Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, Audiovizual Şuranın sədri İsmət Səttarov, Mətbuat Şurasının sədri Rəşad Məcid, o cümlədən qonaqlar iştirak edirlər.

Qeyd edək ki, Azərbaycan Prezidentinin 2024-cü ilin 15 avqust tarixli sərəncamına əsasən Naxçıvan televiziyasına yayımı həyata keçirən platforma yayımçısı lisenziyası verilib.


SON XƏBƏRLƏR

30 May 2025