• Bakı 24° C

    2.57 m/s

  • USD - 1.7

    EUR - 1.9588

    RUB - 2.1656

Natiq Məmmədli: "Euronews" təlimi Azərbaycan jurnalistikasında keyfiyyət dəyişikliyi yaradacaq

MEDİA

23 Iyun 2025 | 09:43

Natiq Məmmədli: Euronews təlimi Azərbaycan jurnalistikasında keyfiyyət dəyişikliyi yaradacaq

"Euronews" təlimi son illər Azərbaycan mətbuat tarixində ilk hadisədir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktorunun müavini Natiq Məmmədli "Euronews" təlimi çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, sözügedən təlim Azərbaycan jurnalistikasında keyfiyyət dəyişikliyi yaradacaq:

“Bu təlimin jurnalistikamızın inkişafı üçün çox böyük praktiki imkanları olacaq. Müasir jurnalistika trendləri, rəqəmsal mühitdə jurnalistikanın prinsipləri, sosial şəbəkələrin idarə edilməsi ilə bağlı jurnalistlərə məlumatlar aşılanacaq”.

N.Məmmədli həmçinin bildirib ki, beş gün davam edəcək təlim davamlı təşkil olunacaq:

"Bundan sonra da əməkdaşlığın yeni imkanları müzakirə olunacaq".


SON XƏBƏRLƏR

22 Iyun 2025