• Bakı 19° C

    7.76 m/s

  • USD - 1.7

    EUR - 1.9286

    RUB - 2.2033

DİM elmi-statistik təhlillərin açıq müzakirəsini aparacaq

CƏMİYYƏT

30 May 2025 | 12:20

DİM elmi-statistik təhlillərin açıq müzakirəsini aparacaq

Dövlət İmtahan Mərkəzi (DİM) 2024-cü ilə aid tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materialları “Abituriyent” jurnalının 12-ci nömrəsində nəşr edib.

Bakıvaxtı.az xəbər verir ki, bu elmi-statistik təhlillər 2024-cü ildə DİM-in keçirdiyi müxtəlif səpkili imtahanların ayrı-ayrı istiqamət və çoxsaylı parametrləri üzrə aparılıb.

Mərkəz iyul ayı ərzində respublika pedaqoji və təhsil ictimaiyyəti, təhsil qurumları və müəssisələri rəhbərlərinin iştirakı ilə elmi-statistik təhlillərin açıq müzakirəsini nəzərdə tutur.

Müzakirələrdə iştirak etmək istəyən pedaqoji və təhsil ictimaiyyəti nümayəndələri 30 may-10 iyun tarixlərində bu link vasitəsilə anket formasını doldurmaqla qeydiyyatdan keçməlidir.

Qeydiyyat prosesi başa çatdıqdan sonra iştirakçıların anket formasında göstərdikləri elektron poçt ünvanlarına jurnalın elektron variantı göndəriləcək.

Müzakirələr müxtəlif istiqamətlər – ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrinə, rezidenturaya, orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanları, eləcə də ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanları olmaqla müxtəlif günlərdə təşkil olunacaq. Hər bir istiqamət üzrə müzakirə günləri haqqında əlavə məlumat veriləcək.


SON XƏBƏRLƏR