• Bakı 15° C

    7.76 m/s

  • USD - 1.7

    EUR - 1.9286

    RUB - 2.2033

Bakıda iki maşın toqquşdu - ölən var

HADİSƏ

30 May 2025 | 12:25

Bakıda iki maşın toqquşdu - ölən var

Bakı şəhəri, Binəqədi rayonunda yol-nəqliyyat hadisəsinin baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Bakıvaxtı.az-a verilən məlumata görə, "112" qaynar telefon xəttinə yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Bakı Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Hyundai" markalı minik avtomobili və “Temsa” markalı avtobus toqquşub və 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən tədbirlər nəticəsində sıxılmış vəziyyətdə qalan 1 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.


SON XƏBƏRLƏR