• Bakı 21° C

    2.95 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Şabrandakı yol qəzasının TƏFFƏRÜATLARI - YENİLƏNİB

HADİSƏ

28 Iyun 2025 | 18:25 | Müəllif: Gülşən Şərif

Şabrandakı yol qəzasının TƏFFƏRÜATLARI - YENİLƏNİB

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Şabran rayonunun Günəşli kəndi yaxınlığından keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, "Niva" markalı minik avtomobili "KamAZ" markalı yük avtomobili ilə toqquşub, daha sonra isə, "KamAZ" qarşıdan gələn "Atego" markalı yük avtomobilinə çırpılıb.

Hadisə zamanı 3 nəfər ağır xəsarətlər alıb. "Niva"nın ağır yaralanan sürücüsü Əmrulla Ağakişiyev deformasiyaya uğrayan avtomobildən çıxarılaraq Quba rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, vəziyyəti ağırdır.

Digər iki sürücü, Elnur Cəbrayılov və Samir Ağayev isə, Şabran rayon Mərkəzi Xəstəxanasına aparılıb, onların da vəziyyəti ağır qiymətləndirilir.

Qəzaya "Niva" markalı nəqliyyat vasitəsinin manevr qaydalarını pozmasının səbəb olduğu bildirilir. Hadisə yerinin avtotexniki ekspertizası aparılıb, araşdırmalar davam etdirilir.

***

16:04

Şabranda ölümlə nəticələnən avtomobil qəzası olub.

Bakıvaxtı.az xəbər verir ki, Bakı-Quba avtomobil yolunun Şabran rayonu Günəşli kəndi ərazisindən keçən hissəsində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Belə ki, "VAZ-Niva" markalı minik avtomobili və iki yük maşını toqquşub.

Qəza nəticəsində 1nəfər ölüb, digər sərnişinlər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Sentyabr 2026