İyulun 28-də saat 14:00 radələrində Göyçay rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 1 nəfər (kişi cinsli) Göyçay Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bakıvaxtı.az-ın məlumatına görə, TƏBİB-dən apa-nın sorğusuna cavab olaraq bildirilib ki,1971-ci il təvəllüdlü şəxsə müştərək travma, sol bud nahiyyəsinin açıq sınığı, üz nahiyəsinin çoxsaylı cırılmış yaraları diaqnozu təyin olunub.
Vəziyyəti ağır qiymətləndirilən şəxsin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir.
***
15:21
Göyçay rayonunda mikroavtobus ağaca çırpılıb.
Bakıvaxtı.az Bizim.media-ya istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında Göyçay-Bərquşad yolunun Şıxbəy kənd ərazisindən keçən hissəsində baş verib.
Göyçay rayon sakini 1971 ci il təvəllüdlü Xaləddin Nəsrullayev “Ford Tranzit” markalı avtomobillə idarəetməni itirərək yolun əks istiqamətində olan ağaca çırpılıb.
Hadisə yerinə FHN-nin xüsusi riskli xilasetmə xidmətinin əməkdaşları cəlb olunub və avtomobil ərazidən götürülüb. Qəza zamanı xəsarət alan şəxs isə Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.