• Bakı 26° C

    9.45 m/s

  • USD - 1.7

    EUR - 1.9969

    RUB - 2.1375

ABŞ-də Çinə qarşı bir sıra qanun layihələri hazırlanır

DÜNYA

28 Iyul 2025 | 16:01

ABŞ-də Çinə qarşı bir sıra qanun layihələri hazırlanır

ABŞ-nin demokrat və respublika partiyalarından olan senatorlar bu həftə Çinə təzyiqi artırmağa yönəlmiş üç qanun layihəsi təqdim edəcəklər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

"ABŞ Çin Xalq Respublikası və onun dünyada nümayiş etdirdiyi təcavüz qarşısında zəiflik göstərə bilməz", - Oreqon ştatından olan demokrat senator Ceff Merkli bildirib.

Qanun layihələrindən biri çərçivəsində Çinin "guya uyğurların zorla repatriasiyasında iştirak edən" hazırkı və keçmiş rəsmi şəxslərinin ABŞ-yə girişinin qadağan edilməsi təklif olunur. Digər qanun layihəsi "Tayvanla rəsmi diplomatik əlaqələr saxlayan" və "Taypeylə koordinasiyanı dərinləşdirmək üçün digər addımlar atan" Latın Amerikası və Karib hövzəsi ölkələrinin dəstəklənməsinə yönəlib. Üçüncü sənəd isə "transmilli repressiyalarla mübarizəyə yönəlib".

Agentlik xatırladır ki, ABŞ və Çin gələn həftənin əvvəlində Stokholmda mövcud ticarət sazişlərinin müddətinin uzadılmasını müzakirə edəcəklər.

"ABŞ Prezidenti Donald Trampın ticarət məsələlərinə diqqət yetirmək istəyi Konqresdəki "şahinlər" arasında narahatlıq doğurub. Onlar təhlükəsizlik mövzusuna daha az diqqət yetiriləcəyindən narahatdırlar", - deyə “Reuters” yazır.


SON XƏBƏRLƏR