• Bakı 13° C

    4.34 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Rusiyada magistral neft kəmərində güclü partlayış 

DÜNYA

27 Avqust 2025 | 13:50

Rusiyada magistral neft kəmərində güclü partlayış

Avqustun 26-da Rusiyanın Ryazan vilayətində “Ryazan-Moskva” magistral neft kəmərində güclü partlayış baş verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “RBC-Ukrayna”ya Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsindəki mənbələr məlumat verib.

    Bildirilib ki, partlayışdan sonra kəmərdə iri miqyaslı yanğın qeydə alınıb. Hadisə yerində güclü səsin eşidildiyi barədə Ryazan şəhəri ilə bağlı sosial şəbəkə paylaşımlarında da məlumatlar yer alıb.

    Bir neçə saatdan sonra əraziyə fövqəladə xidmət briqadaları cəlb olunaraq yanğının söndürülməsi istiqamətində tədbirlər görülüb.

    Qeyd edək ki, “Ryazan-Moskva” kəməri paytaxt Moskvanı neft məhsulları ilə təmin edən əsas infrastruktur xətlərindən biridir.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    20 Noyabr 2026