İraqın paytaxtı Bağdadda və ölkənin cənub bölgələrində havanın temperaturu kölgədə 51 dərəcəyə yüksəlib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə İraqın Milli Meteorologiya Xidməti məlumat yayıb.
46 milyon əhalisi olan İraqda su qıtlığı və tez-tez baş verən elektrik kəsintiləri belə havalarda daha ciddi problemlər yaradır.
Ölkənin Su Resursları Nazirliyi cari ilin 1933-cü ildən bəri ən quraq il olduğunu açıqlayıb. Məlumata əsasən, su anbarlarında olan su ehtiyatı ümumi tutumun cəmi 8 faizi doludur.
Milli Meteorologiya Xidməti çərşənbə günü temperaturun bir qədər enəcəyini proqnozlaşdırır.
Qeyd edək ki, son günlərdə İran və Türkiyədə də havanın temperaturu kəskin şəkildə artıb.