• Bakı 26° C

    11.92 m/s

  • USD - 1.7

    EUR - 1.9744

    RUB - 2.1116

MAQATE rəhbəri mühafizə altına alındı

DÜNYA

27 Avqust 2025 | 10:57

MAQATE rəhbəri mühafizə altına alındı

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi “İranla bağlı şəxslərdən gələn təhlükə” səbəbindən 24 saat gücləndirilmiş mühafizə altına alınıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri yazıb.

İddialara görə, Tehran MAQATE-ni İsrail və ABŞ-ın İranın nüvə obyektlərinə hücumunu pisləmədiyi üçün sərt tənqid edib və əməkdaşlığı dayandırıb. Bu gərginlik fonunda Qrossiyə təhlükəsizlik tədbirləri artırılıb.

Avqustun 26-da Qrossi bəyan edib ki, MAQATE-nin ilk inspektor qrupu yenidən İrana qayıdıb və obyektlərdə fəaliyyətini bərpa etməyə hazırlaşır.


SON XƏBƏRLƏR

26 Avqust 2025