• Bakı 22° C

    12.8 m/s

  • USD - 1.7

    EUR - 1.9979

    RUB - 2.0341

Trampdan SƏRT ADDIM: Oktyabrın 1-dən...

DÜNYA

26 Sentyabr 2025 | 08:41

Trampdan SƏRT ADDIM: Oktyabrın 1-dən...

Prezident Donald Tramp ABŞ-dən kənarda istehsal edilən dərman preparatları, yük maşınları və mebellərin yeni tariflərini açıqlayıb.

Bakıvaxtı.az-ın “leFigaro.fr”ə istinadən verdiyi xəbərə görə, Tramp özünün “Truth” Social platformasında yazıb ki, oktyabrın 1-dən etibarən bir şirkət Amerikada öz əczaçılıq fabrikini tikməsə, biz istənilən brend və ya patentli əczaçılıq məhsuluna 100% tarif tətbiq edəcəyik".

Bundan başqa D.Tramp dünyanın digər yerlərində istehsal olunan bütün ağır yük maşınlarına  25 faiz tariflər elan edib. Onun sözlərinə görə, bu addım "Peterbilt», “Kenworth”, “Freightliner”, “Mack Trucks” və başqaları kimi ABŞ yük maşını istehsalçılarını dəstəkləyəcək”.

Prezident izah edib ki, ağır yük maşınlarına tətbiq edilən bu tariflər bir çox səbəblərlə, lakin ilk növbədə milli təhlükəsizlik məqsədləri ilə həyata keçirilir.

Əmlak maqnatı bir çox mebelə də tariflər qoymağı planlaşdırır. D.Tramp vurğulayıb ki, oktyabrın 1-dən etibarən bütün mətbəx mebeli, vanna otağı üçün “lavabolar” və əlaqəli məhsullara 50%, yumşaq mebelə isə 30% vergi tətbiq ediləcək”.

Aydın Baxış


SON XƏBƏRLƏR

25 Sentyabr 2025