Fransa artan dövlət borcu və kredit reytinqinin aşağı salınması səbəbindən daha yüksək faizlə borc almağa məcbur qalır. Buna görə də ölkə iqtisadiyyatı “boğulma” riski ilə üzləşə bilər.
Bakıvaxtı.az xəbər verir ki, bunu Fransa Bankının rəhbəri Fransua Vilrua de Qalo “La Croix” qəzetinə müsahibəsində deyib.
“Bütün reytinq agentlikləri siyasi qeyri-sabitlik və ciddi büdcə problemimizdən narahatdırlar. Biz iflasla yox, tədricən boğulma ilə üz-üzəyik. Fransanın zəifləyən iqtisadiyyatı dövlət borcunun faiz dərəcələrinin artması ilə bağlıdır. 2020-ci ildə bu xərclər 30 milyard idisə, onilliyin sonunda rəqəm 100 milyardı keçəcək. Bu vəziyyət həm ailələr, həm də bizneslər üçün faizlərin artmasına səbəb olacaq”- deyə Qalo bildirib.
O əlavə edib ki, belə iqtisadi çətinliklər Fransanın beynəlxalq nüfuzuna da mənfi təsir göstərir.
Bakı 


