• Bakı 21° C

    2.45 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

"TikTok" ABŞ-nin nəzarətinə keçir

DÜNYA

26 Sentyabr 2025 | 09:20

"TikTok" ABŞ-nin nəzarətinə keçir

Ağ Evin rəhbəri Donald Tramp "TikTok"un ABŞ-nin nəzarətinə keçməsi ilə bağlı sazişi təsdiqləyib.

Bakıvaxtı.az xəbər verir ki, Trampın "Milli təhlükəsizliyi qoruyarkən "TikTok"u qorumaq" adlı sərəncamı Ağ Evin saytında yerləşdirilib.

Sənəddə deyilir: "ABŞ-də "TikTok" ölkə ərazisində yerləşən yeni yaradılmış birgə müəssisə tərəfindən idarə olunacaq".

İcra sərəncamına əsasən, "TikTok" artıq heç bir xarici rəqib tərəfindən idarə olunmayacaq. Çünki sosial şəbəkənin əvvəlki sahibi olan ByteDance Ltd. və onun filialları indi onun səhmlərinin 20%-dən azına sahib olacaqlar.

"Yeni birgə müəssisə yeni direktorlar şurası tərəfindən idarə olunacaq və amerikalıların məlumatlarını və milli təhlükəsizliyimizi adekvat şəkildə qoruyan qaydalara tabe olacaq", - Tramp vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Sentyabr 2026
12 Sentyabr 2026