Çin Ticarət Nazirliyi Meksikanın sərbəst ticarət sazişi olmayan ölkələrdən, o cümlədən, Çindən idxal edilən məhsullara tarifləri artırmaq planı ilə bağlı araşdırma başladığını açıqlayıb.
Bakıvaxtı.az-ın xəbərinə görə, Nazirliyin bəyanatında bildirilib ki, bu addım yalnız Çin kimi tərəfdaşlara zərər vurmayacaq, həm də Meksikanın investisiya mühitində qeyri-müəyyənlik yaradaraq inamı azaldacaq.
Məlumata görə, Pekin Meksikanın bu qərarı ABŞ-lə tarif danışıqlarında güzəşt əldə etmək üçün atdığını iddia edib.
Çin hökuməti ölkəsinin maraqlarını qətiyyətlə qoruyacağını vurğulayıb. Bundan əlavə, Meksikadan idxal edilən pikan qozuna qarşı qiymət dampinginə dair ayrıca araşdırma başladılıb.
Əli Hüseynov