“Şimali Koreya Birləşmiş Ştatlara çata bilən nüvə silahlı qitələrarası ballistik raket (ICBM) hazırlayır və işlər artıq son mərhələdədir”.
Bakıvaxtı.az “Lefigaro.fr”ə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya prezidenti Li Çje Myon bildirib.
O qeyd edib ki, Birləşmiş Ştatlarla danışıqlarda təsir rıçaqları əldə etmək və ya öz rejimini təmin etmək üçün Şimali Koreya ABŞ-a nüvə başlıqlarını çatdıra bilən qitələrarası ballistik raketləri inkişaf etdirməyə davam edir:
“Layihə hələ tamamlanmamış görünsə də son mərhələdədir. Məqsəd nüvə inkişafını, ICBM inkişafını və ixracı dondurmaq olmalıdır. Nüvə silahlarının istehsalını və inkişafını dayandırmaq böyük təhlükəsizlik vəd edir”.
Cənubi Koreya prezidenti hesab edir ki, Kim Çen In rejimi hər il təxminən 15-20 əlavə nüvə bombası istehsal edəcək:
“Heç bir şey edilməsə, onların sayı ildən-ilə artmağa davam edəcək və raketlər daha da təkmilləşəcək”.
Qeyd edək ki, son illərdə Şimali Koreya rəhbəri Kim Çen In nüvəsizləşdirmə ideyasını istisna edib və Rusiya ilə hərbi əlaqələrini gücləndirib. Şimali Koreyanın dövlət mediasının bu həftənin əvvəlində verdiyi xəbərə görə, Şimali Koreya lideri Pxenyanın nüvə silahı proqramından əl çəkməsi tələbindən imtina edəcəyi təqdirdə ABŞ ilə əlaqəni bərpa etməyə hazır olduğunu bildirib.
Aydın Baxış