• Bakı 23° C

    9.54 m/s

  • USD - 1.7

    EUR - 1.9969

    RUB - 2.1375

PFL rəsmisi: "İmişli"nin ev oyunlarını Quba Olimpiya Kompleksində keçirməsi klubun özündən asılıdır"

İDMAN

28 Iyul 2025 | 16:47

PFL rəsmisi: İmişlinin ev oyunlarını Quba Olimpiya Kompleksində keçirməsi klubun özündən asılıdır

“İmişli”nin Azərbaycan Premyer Liqasında ev oyunlarını Quba Olimpiya Kompleksində keçirib-keçirməyəcəyi klubun atacağı addımlardan asılıdır.

Bakıvaxtı.az xəbər verir ki, bunu Report-a açıqlamasında PFL-in Media və marketinq direktoru Sənan Abdullayev deyib.

O, PFL tərəfindən Quba Olimpiya Kompleksinə baxış keçirildiyini bildirib:

“İmişli” klubunun müraciəti əsasında PFL tərəfindən Quba Olimpiya Kompleksinə baxış keçirilib. Sevindirici haldır ki, baxış nəticəsində xeyli müsbət məqamlar olduğu aydınlaşıb. Stadionun 3 tərəfində tribuna var və oyunların keçirilməsi üçün uyğundur. Stadionun ot ortüyü təbiidir və yaxşı vəziyyətdədir. Sulama sistemi də standartlara uyğundur".

S.Abdullayev stadionda çatışmazlıqların olduğunu da vurğulayıb:

"Ehtiyat oyunçular skamyasına və texniki zonaya əl gəzdirilməlidir. Ümumilikdə paltardəyişmə və hakimlər otaqlarında durum normaldır, ancaq müəyyən işlərin görülməsinə ehtiyac var. Mətbuat konfransı və media iş otağı hazırlanmalıdır. VİP yerlər və dopinq otağında da işlər görülməlidir. Bununla yanaşı, azarkeşlərin yerləşməsi və rahatlığı üçün bəzi dəyişikliklərə ehtiyac var. Ən qısa zamanda yayım üçün “CBC Sport” kanalının əməkdaşları da stadiona baxış keçirəcəklər. Çəkiliş platformaları və şərhçi mövqeyi üçün istəklərini bildirəcəklər. PFL tərəfindən bütün çatışmazlıqlar detallı şəkildə kluba göndərilib. “İmişli”nin ev oyunlarını orada keçirib-keçirməyəcəyi klubun atacağı addımlardan asılıdır”.


SON XƏBƏRLƏR