"Ferensvaroş"un futbolçusu Toon Raemaekers UEFA Çempionlar Liqası pley-off mərhələsinin cavab matçlarında keçiriləcək "Qarabağ"la oyun haqda danışıb.
Bakıvaxtı.az xəbər verir ki, o, matçdan öncə keçirilən mətbuat konfransında deyib:
"Komandada əhval-ruhiyyə yaxşıdır, hər şey qaydasındadır. Biz Bakıya yalnız qələbə qazanmaq üçün gəlmişik. İlk görüşdə bəxtimiz gətirmədi. Bəzi səhvlərə yol verdik. Düşünürəm, istədiyimiz oyunu tam göstərə bilmədik. Sabah eyni səhvlərə yol verməməyə çalışacağıq".
Qeyd edək ki, sabah Bakıda keçiriləcək "Qarabağ" - "Ferentsvaroş" matçı saat 20:45-də start götürəcək. Bu komandalar arasında ilk görüşdə Ağdam təmsilçisi 3:1 hesablı qələbə qazanıb.