Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FİFA) 2026-cı ildə ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatı üçün üç maskot təqdim edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumat qurumun rəsmi saytında dərc olunub.
Turnirə ev sahibliyi edən üç ölkənin hər birini təmsil etmək üçün seçilmiş heyvanlar maral Meypl (Kanada), yaquar Zayu (Meksika) və qartal Klatçdır (ABŞ).
Qeyd edək ki, 2026 FIFA Dünya Kuboku 23-cü FIFA Dünya Kubokudur, finallar 2026-cı ilin iyun və iyul aylarında keçiriləcək. Final matçı iyulun 19-na planlaşdırılıb.