• Bakı 20° C

    3.7 m/s

  • USD - 1.7

    EUR - 1.9979

    RUB - 2.0341

“Liverpul” 17 yaşlı hücumçusu ilə yeni müqavilə imzaladı

İDMAN

25 Sentyabr 2025 | 22:57

“Liverpul” 17 yaşlı hücumçusu ilə yeni müqavilə imzaladı

“Liverpul” gənc futbolçusu Rio Nqumoa ilə ilk peşəkar müqaviləsini rəsmiləşdirib. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 

Müqavilənin müddəti açıqlanmayıb.

17 yaşlı ingiltərəli futbolçu 2024-cü ilin sentyabrında “Çelsi”dən “Liverpul” akademiyasına keçib. O, əsas komandanın heyətində 5 matça çıxıb. Avqustun 25-də, 16 yaşında Premyer Liqada debüt edən Nqumoa “Nyukasl”la oyunda (3:2) 90+10-cu dəqiqədə qələbə qolunu vurub.

Qeyd edək ki, hazırkı mövsümdə o, “Liverpul”un müxtəlif yaş qruplarından ibarət gənclər komandalarında da çıxış edib.


SON XƏBƏRLƏR

25 Sentyabr 2025