• Bakı 24° C

    12.1 m/s

  • USD - 1.7

    EUR - 1.9774

    RUB - 2.1061

“Qarabağ”ın oyunundan əvvəl azərkeşlər üçün əyləncə keçiriləcək

İDMAN

26 Avqust 2025 | 15:48

“Qarabağ”ın oyunundan əvvəl azərkeşlər üçün əyləncə keçiriləcək

UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ –Ferensvaroş” (Macarıstan) qarşı-qarşıya gələcək.

Bakıvaxtı.az xəbər verir ki, qarşılaşmadan əvvəl azarkeşlər üçün “Azərsun Holdinq” xüsusi fan zona təşkil edəcək.

27 avqust saat 18:00-20:00 aralığında fan zonada futbolsevərlər üçün əyləncəli proqram nəzərdə tutulub. Proqram çərçivəsində müxtəlif oyunlar, Dj performansı və digər əyləncələr azarkeşlərin ixtiyarında olacaq.

Bununla yanaşı, illərdir hər kəsin sevimlisi olan “Final” çay da dadlı, ətirli çayı ilə qonaqları müşayət edəcək. Eyni zamanda həmin gündən xoş xatirələri fotoya köçürmək üçün fotozona fəaliyyət göstərəcək.

Qeyd edək ki, “Qarabağ” futbol klubu 2001-ci ildən “Azərsun Holdinq”in himayəsindədir və adıçəkilən şirkətlər qrupunun dəstəyilə komanda böyük uğurlara imza atıb.


SON XƏBƏRLƏR