• Bakı 23° C

    4.68 m/s

  • USD - 1.7

    EUR - 2.0066

    RUB - 2.0352

Azərbaycan şahmatçıları təlim-məşq toplanışına başlayıblar

İDMAN

25 Sentyabr 2025 | 09:37

Azərbaycan şahmatçıları təlim-məşq toplanışına başlayıblar

Qadın şahmatçılardan ibarət Azərbaycan millisi Naftalan şəhərində növbəti təlim-məşq toplanışına başlayıb.

Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Şahmat Federasiyasından məlumat verilib.

Əsas məqsəd komandalar arasında Avropa çempionatına hazırlıqdı.

Bir həftə ərzində Azərbaycan komandası Dünya Kubokunun yarımfinalçısı Nicat Abasov və üçqat Avropa çempionu Qədir Hüseynovun rəhbərliyi altında məşqlərdə iştirak edəcək.

Qeyd edək ki, qadın şahmatçılardan ibarət Azərbaycan millisinə Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Gülnar Məmmədova, Xanım Balacayeva və Ayan Allahverdiyeva dəvət olunub. İlahə Qədimova kapitan olaraq təsdiqlənib.

Komandalar arasında Avropa çempionatı 4-15 oktyabr tarixlərində Gürcüstanın Batumi şəhərində keçiriləcək.


SON XƏBƏRLƏR

24 Sentyabr 2025