• Bakı 25° C

    11.92 m/s

  • USD - 1.7

    EUR - 1.9774

    RUB - 2.1061

"Qarabağ" bu gün həlledici matça çıxacaq

İDMAN

27 Avqust 2025 | 09:20

Qarabağ bu gün həlledici matça çıxacaq

“Qarabağ” bu gün UEFA Çempionlar Liqasının pley-off mərhəlsində həlledici matça çıxacaq.

Bakıvaxtı.az xəbər verir ki, Ağdam klubu Bakıda Macarıstan təmsilçisi “Ferentsvaroş”u qəbul edəcək.

Tərəflər arasında Macarıstanda baş tutan ilk görüş Azərbaycan çempionunun 3:1 hesablı qələbəsi ilə nəticələnib.

Tofiq Bəhramov adına Respublika stadionunda saat 20:45-də startı veriləcək qarşılaşmanı fransalı FIFA referisi Kleman Tyurpen idarə edəcək.

Qeyd edək ki, iki oyunun nəticəsinə əsasən qalib gələn komanda UEFA Çempionlar Liqasının, məğlub olan isə Avropa Liqasının əsas mərhələsinə qatılacaq.


SON XƏBƏRLƏR

26 Avqust 2025