"Mançester Yunayted" (İngiltərə) cari mövsümün sonunda portuqaliyalı yarımmüdafiəçisi və kapitanı Brunu Fernandeşlə yolları ayıra bilər.
Bakıvaxtı.az-ın "Confidential" nəşrinə istinadən məlumatına görə, 30 yaşlı futbolçu DÇ-2026 başa çatdıqdan sonra Səudiyyə Ərəbistanına, MLS-ə və ya Avropanın əsas liqalarından birinə getməyə hazır olacaq.
Onun 2026-cı ildə keçiriləcək dünya çempionatına yaxşı hazırlaşmaq üçün hazırda Səudiyyə Ərəbistanından gələn yüksək məbləğli təklifləri rədd etdiyi bildirilib.
Qeyd edək ki, daha əvvəl B.Fernandeş "Əl-Hilal"ın 200 milyon funt-sterlinqlik təklifini geri çevirib.