• Bakı 15° C

    7.37 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

"O, nə qədər "hürür, hürsün"

ŞOU

28 Iyul 2025 | 14:20 | Müəllif: Əli Hüseynov

"O, nə qədər "hürür, hürsün"

Müğənni Əminə Şirinqızı açıqlaması ilə həmkarı arasında gərginliyi daha da artırıb. 

Bakıvaxtı.az milli.az-a istinadən xəbər verir ki, müğənni Səidə Sultan qalmaqalı barədə sualı cavablandırarkən növbəti "dava"nın təməlini qoyub:

"İstəmədən özünü qalmaqalın tam mərkəzində görürsən. Cavab versən bir ayıb, verməsən də bir ayıb. Artıq qətiyyən Səidə Sultanla qalmaqala düşmək istəmirəm. Mənim üçün bitib, o, nə qədər "hürür, hürsün". Biz onlarla eyni "qazanın içindəyik, birgə yaşayıram, amma onlardan biri deyiləm. Öz adımdan deyirəm ki, şou-biznesdə dostluğa inanmıram. Dost dediyin adamla necə rəqabət aparırsan? Bu sənətdə təkcə toxunulmazım Röya Ayxandır. Siz onu Xalq artisti, ulduz və arzularını həyata keçirən xanım kimi tanıyırsınız. Mən onun iç dünyasını ürəyimlə hiss edirəm. Nəfəsi həmişə gəlsin, yaxşı ki, var. Qalanınız vecimə deyilsiniz". 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Noyabr 2026