• Bakı 27° C

    13.01 m/s

  • USD - 1.7

    EUR - 1.9897

    RUB - 2.109

Rəqsanənin vəkili ondan imtina edib: Yeni vəkil kimdir?

ŞOU

25 Avqust 2025 | 13:27

Rəqsanənin vəkili ondan imtina edib: Yeni vəkil kimdir?

Müğənni Rəqsanə İsmayılovanın hüquqlarını müdafiə edən vəkil İlqar Rüstəmov onun müdafiəsindən imtina edib. 

Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, prosesin icrası vəkil Hikmət Əliyevə həvalə edilib.

Qeyd edək ki, onun barəsində Cinayət Məcəlləsinin 178-ci maddəsi üzrə – “xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq etmək” ittihamı irəli sürülüb.

İstintaq materiallarına əsasən, Rəqsanə iki nəfərdən ümumilikdə 35 min manatlıq qızıl-zinət əşyaları və 520 min ABŞ dolları götürməkdə təqsirləndirilir.

Sabunçu Rayon Məhkəməsinin qərarı ilə müğənni barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Əli Hüseynov


SON XƏBƏRLƏR