• Bakı 26° C

    9.45 m/s

  • USD - 1.7

    EUR - 1.9969

    RUB - 2.1375

“Hicablı olub, namaz qılıb...” – Nigardan geyimi ilə bağlı SƏRT CAVAB

ŞOU

28 Iyul 2025 | 14:23

“Hicablı olub, namaz qılıb...” – Nigardan geyimi ilə bağlı SƏRT CAVAB

Tanınmış müğənni Nigar Camal sosial şəbəkələrdə onun ünvanına səsləndirilən tənqidlərə və bəzi şəxslərin qeyri-səmimi yanaşmalarına münasibət bildirib.

Bakıvaxtı.az xəbər verir ki, o, sənət yolunda heç bir kölgədə gizlənmədiyini və daim öz zəhməti ilə irəlilədiyini qeyd edib:

“Kəsmə yol başqasının kölgəsində ucalmaqdır. Mənim bu günədək sənətdə heç bir dəstəkçim olmayıb. Azərbaycanın adını ucaya qaldırmaqla tanınmışam. Bunu da uca Azərbaycan Dövləti hər zaman dəyərləndirib”.

Sənətçi qadın azadlığı və geyim mövzusunda da sərt mövqe sərgiləyib:

“Bir qadının geyimi onun şəxsiyyətini və dəyərini müəyyən etmir. Mən səhnədə, qırmızı xalçada və həyatda özümü ifadə etməkdən çəkinmirəm. Çünki azadlığım və qadın olaraq seçimlərim heç kəsin hökmü ilə ölçülə bilməz. Hər bir qadın istədiyi kimi geyinə, gülə, sevinə və yaşaya bilər. Bunun üçün heç kimdən icazə almağa ehtiyacı yoxdur!”

Nigar Camal dini dəyərləri manipulyasiya edərək başqalarını qınayanlara da cavab verib:

“Kölgəsində olduğunuz sənətkara hörmətim sonsuzdur. Amma hər bir halda mən olduğum kimi görünürəm. Hicablı olub, namaz qılıb, başqasına böhtan atmaq günahdır. Hicab taxıb, eyni zamanda bədənşəkilləndirmə əməliyyatı etdirmək də günahdır. Hər kəs öz həyatı ilə məşğul olsa, yaxşı olar”.

Rafael Mirzə


SON XƏBƏRLƏR