• Bakı 28° C

    6.46 m/s

  • USD - 1.7

    EUR - 1.9969

    RUB - 2.1375

Azərbaycan-Türkmənistan mühüm sənəd imzaladı

İQTİSADİYYAT

28 Iyul 2025 | 19:43

Azərbaycan-Türkmənistan mühüm sənəd imzaladı

Bakıda Azərbaycan Respublikası ilə Türkmənistan arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası keçirilib.

Bu barədə Bakıvaxtı.az-a İqtisadiyyat Nazirliyindən bildirilib.

İclasda iki ölkə arasında münasibətlərin möhkəm tarixi təməl, mədəni yaxınlıq və iki qardaş xalqın qarşılıqlı hörmətinə əsaslandığını vurğulayıb. Eyni zamanda müxtəlif sahələrdə birgə fəaliyyətin perspektivləri, iqtisadi müstəvidə ortaq maraqlara xidmət edən təşəbbüslər barədə müzakirə aparılıb.

İclasın sonunda Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclasının yekunlarına dair protokol imzalanıb. Sənədi Komissiyanın həmsədrləri - Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Nazirlər Kabineti sədrinin müavini Nökərqulı Ataqulıyev imzalayıblar. Sənəddə iqtisadi-ticarət, energetika, nəqliyyat, kənd təsərrüfatı və digər sahələrdə tərəfdaşlığın genişləndirilməsi nəzərdə tutulur.


SON XƏBƏRLƏR

28 Iyul 2025