• Bakı 26° C

    9.45 m/s

  • USD - 1.7

    EUR - 1.9969

    RUB - 2.1375

Yevlaxda 63 yaşlı kişini qətlə yetirən şəxs tutulub

HADİSƏ

28 Iyul 2025 | 14:18

Yevlaxda 63 yaşlı kişini qətlə yetirən şəxs tutulub

İyulun 27-də Yevlax rayonunun Çənlibel qəsəbəsi ərazisində qəsdən adam öldürülməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Bakıvaxtı.az-a Yevlax Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, araşdırma zamanı 1962-ci il təvəllüdlü İlham Mirzəyevin rayonun Çənlibel qəsəbəsində bıçaqla həmkəndlisi 1978-ci il təvəllüdlü Habil Kərimova xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Yevlax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

İlham Mirzəyəv şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilb.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.


SON XƏBƏRLƏR