• Bakı 24° C

    13.97 m/s

  • USD - 1.7

    EUR - 1.9774

    RUB - 2.1061

Yevlaxda atasını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB

HADİSƏ

26 Avqust 2025 | 22:02

Yevlaxda atasını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB

 Yevlaxda 36 yaşlı şəxs atasını bıçaqlamaqda şübhəli bilinir.

DİN-in Mətbuat xidmətinin regional qrupundan Bakıvaxtı.az-a bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən zərərçəkmişin oğlu, 1989-cu il təvəllüdlü Vüsal Talıbov polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

***

20:12

Hadisə Havarlı kəndində baş verib.

Bakıvaxtı.az xəbər verir ki, 1959-cu il təvəllüdlü kənd sakini Talıbov Hüsü Qara oğlu aldığı ağır bıçaq xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

Əldə olunan ilkin məlumata əsasən onu ailə mübahisəsi və münaqişəsi zəminində oğlu bıçaqlayıb.

Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR