• Bakı 18° C

    0.65 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

ABŞ-də viza rüsumları artıb

DÜNYA

26 Avqust 2025 | 20:03 | Müəllif: Gülşən Şərif

ABŞ-də viza rüsumları artıb

ABŞ viza rüsumlarını əhəmiyyətli dərəcədə artırıb. 

Bakıvaxtı.az xəbər verir ki, bu ölkədə turist vizası üçün müraciət rüsumu 135 faiz artaraq,185 dollardan 435 dollara yüksəlib. 

Beləcə, ABŞ viza rüsumları dünyanın ən bahalı vizaları sırasına daxil olub.

Konqresin Büdcə Ofisi (CBO) yeni ödənişlərlə illik 2,7 milyard dollar əlavə gəlir əldə etməyi hədəfləsə də, turizm sənayesi nümayəndələri bu rəqəmin 29 milyard dollara çatacağını bəyan ediblər. 

Amma turizm sənayesi nümayəndələri yüksək viza rüsumlarının ABŞ üçün turizm gəlirlərinin 29 milyard dollara qədər azalmasına səbəb ola biləcəyindən narahatdırlar. 

Onların qənaətinə görə, qlobal tədbirlərdə ABŞ-nin rəqabət qabiliyyəti zəifləyə bilər. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026