• Bakı 20° C

    3.84 m/s

  • USD - 1.7

    EUR - 1.9979

    RUB - 2.0341

Paşinyana kömək təklif edib, Putindən cavab gözləməsini istədi

DÜNYA

25 Sentyabr 2025 | 19:14

Paşinyana kömək təklif edib, Putindən cavab gözləməsini istədi

Belarus prezidenti Aleksandr Lukaşenko Ermənistanın baş naziri Nikol Paşinyana nüvə texnologiyasının inkişafı üçün Minsk və Moskvadan kömək istəməyi təklif edib.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə Belarus lideri Qlobal Atom Enerjisi Forumu zamanı bildirib.

"Bəli, Nikol Vovayeviç Paşinyan, lazım gələrsə, bizimlə əlaqə saxlayın. Rusiya prezidenti təsdiq edərsə, biz kömək etməyə başlamağa hazırıq", - deyə Lukaşenko qeyd edib. 

Lukaşenko əlavə edib ki, Belarus başqa ölkələrdə atom elektrik stansiyalarının tikintisində iştirak etməyə hazırdır.


SON XƏBƏRLƏR