Rusiyanın xarici işlər naziri Sergey Lavrov Nyu Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Suriyanın xarici işlər naziri Əsəd əş-Şibani ilə görüşüb.
Bakıvaxtı.az Rusiya XİN-ə istinadən xəbər verir ki, görüşdə yüksək səviyyəli rəsmi nümayəndə heyətlərinin əvvəlki səfər mübadiləsinin nəticələri nəzərə alınmaqla çoxşaxəli ikitərəfli əməkdaşlığın qurulması ilə bağlı praktiki məsələlər müzakirə olunub.
Suriya Prezidenti Əhməd əş-Şaraanın 2025-ci ilin oktyabrında Moskvada keçiriləcək birinci Rusiya-Ərəb Sammitində iştirakı fonunda qarşıdan gələn təmasların qrafiki müzakirə edilib.
Rusiya tərəfi Suriyanın birliyi, suverenliyi və ərazi bütövlüyünü dəstəkləməkdə prinsipial mövqeyini bir daha təsdiqləyib. Suriyada uzunmüddətli normallaşma və onun münaqişədən sonra bərpası üçün əlverişli şəraitin yaradılmasına kömək etmək üçün beynəlxalq səylərin birləşdirilməsinin zəruriliyi vurğulanıb.
19:00
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Nyu Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Suriya nümayəndə heyətinin nümayəndələri ilə görüş keçirir.
Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova özünün teleqram kanalında məlumat verib.
"Rusiya nümayəndə heyətinin BMT Baş Assambleyasındakı ikinci günü Suriya nümayəndələri ilə görüşlə başladı", - diplomat yazıb.
Görüşdə Suriyanın xarici işlər naziri Əsəd əş-Şibani də iştirak edir.
"Münasibətlərimizin hazırkı vəziyyətini müzakirə etmək vacibdir. Hadisələr çox sürətlə inkişaf edir", - Lavrov görüşdən əvvəl deyib.